Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasından alınan 0:5 hesablı məğlubiyyəti şərh edib.
Milli.Az xəbər verir ki, o, nəticəyə görə utandıqlarını bildirib:
"Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".
Milli.Az