EN

Çin avtomobillərində tam açılan qapı tutacaqlarına qadağa qoyulacaq

Çin hökuməti tam açılan qapı tutacaqları olan avtomobillərin istehsalına qadağa qoyulmasını müzakirə edir.

Avtosfer.az "Mingjing Pro"ya istinadən xəbər verir ki, qadağa 2027-ci ilin iyununda qüvvəyə minə bilər.

Bildirilir ki, qadağa yarımaçılan tutacaqlar üçün istisna olacaq, lakin onlar mexaniki kilid açma sistemi ilə təchiz olunmalıdırlar.

Məlumata görə, yeni standartın layihəsi hələ hazırlıq mərhələsindədir - yekun qərar hələ qəbul edilməyib. Sentyabrın sonuna qədər qarşıdan gələn qadağa ilə bağlı əlavə təfərrüatın ortaya çıxacağı gözlənilir.

 

Chosen
9
2
avtosfer.az

10Sources