EN

Millinin sabiq məşqçisi: “Darmadağına səbəb oyun planının düzgün qurulmaması idi”

BAKI, 6 sentyabr. TELEQRAF

“Komanda oyun boyu müdafiəyə fokuslanmışdı. Rəqib evdə oynayırdı, məğlubiyyət gözlənilən idi, amma bu qədər acınacaqlı nəticə gözləmirdik”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov yığmanın İslandiyaya qarşı oyundakı 0:5 hesabı ilə ağır məğlubiyyətindən danışarkən deyib.

55 yaşlı mütəxəssis darmadağının səbəbini oyun planının düzgün qurulmamasında görüb: “Müxtəlif səbəblər ola bilər, amma futbolçuların oyun praktikası və fiziki hazırlığı çatışmazlığı buna təsir edə bilər. Əsas səbəb isə, oyun planının düzgün qurulmamasıdır. Qarşılaşna boyu komanda ancaq müdafiə haqqında düşünürdü. Öz zonamıza çəkilir, topu ələ keçirəndən sonra isə tez bir zamanda itirirdik. 3-4 ötürmə belə alınmırdı. Görünür, futbolçulara bu cür tapşırıq verilmişdi. Çünki bir-iki nəfər yox, bütün komanda olaraq müdafiədə qol buraxmamağa çalışırdıq. Topu ələ keçirdikdən sonra hücuma qoşulmaq üçün çox açılmırdıq ki, əks-hücumda yaxalanmayaq. Belədə, rəqib topa daim nəzarət etdikcə və müdafiəyə oturduqca enerji tükənir. Belə oyunlarda buraxılan bir topun davamı gəlir. Necə ki, dünən elə oldu”.

Chosen
13
2
teleqraf.com

3Sources