EN

Azərbaycanda süd və süd məhsullarının ehtiyatları 9.2 % artıb

BAKI, 6 sentyabr. TELEQRAF

Ötən il Azərbaycanda süd və süd məhsullarının ehtiyatları və istifadəsi 3 milyon 60 min 178 ton təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü illə müqayisədə təxminən 9,2% artım deməkdir.

Qeyd edək ki, 2023-cü ildə ölkədə süd məhsullarının ehtiyatları və istifadəsi 2 milyon 801 min 777 ton olub.

Chosen
97
3
teleqraf.com

4Sources