Azərbaycanda süd və süd məhsullarının istifadəsi artdı
Ötən il Azərbaycanda süd və süd məhsullarının ehtiyatları və istifadəsi 3 milyon 60 min 178 ton təşkil edib.Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü illə müqayisədə təxminən 9,2% artım deməkdir.
Qeyd edək ki, 2023-cü ildə ölkədə süd məhsullarının ehtiyatları və istifadəsi 2 milyon 801 min 777 ton olub