EN

Sürücülər hər gün tibbi müayinədən keçir?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, Nazirlər Kabineti 24 aprel 2009-cu il tarixdə 71 saylı Qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nı da təsdiq edib və orada müvafiq tələblərini təsbit edib:

"Məsələn, Qaydanın 3.6-cı bəndinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

Yəni doğrudan da taksi, avtobus və yük maşınlarının sürücüləri hər gün belə müayinədən keçir? Belədirsə, onda həkimlərin qapısında hər səhər “probka” olmalıdır yəqin. Yoxsa müayinə həyata keçirilmir və kiməsə “dolya” verilir?"

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
cebheinfo.az

2Sources