EN

4 cüdoçumuz tatamiyə çıxır - AÇ

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın üçüncü günü millimizin 4 idmançısı tatami üzərinə çıxacaq.

Oğlanlar:
90 kq, 1/16 final – Aslan Kotsoyev (Azərbaycan) – Levente Kiss (Macarıstan)
100 kq, 1/16 final – Davud Namazlı (Azərbaycan) – İvan Titinkin (IJF)
100 kq, 1/8 final – Ramazan Əhmədov (Azərbaycan) – Yannis Antoniu (Cənubi Kipr)

Qızlar:
78 kq, 1/8 final – Nigar Süleymanova (Azərbaycan) – Emma-Melis Aktaş (Estoniya)

Təsnifat görüşləri saat 12.30-da, final mərhələsi isə 17.30-da start götürəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Chosen
15
2
football-plus.az

3Sources