EN

Melaniya Trampdan gözlənilməz geyim: “Birinci xanım” obrazını alt-üst etdi - FOTO

BAKI, 6 sentyabr. TELEQRAF

Ağ Evdə süni intellektin təhsildə rolu ilə bağlı işçi qrupunun iclasında iştirak edən ABŞ-nin birinci xanımı Melaniya Tramp yenidən özünəməxsus geyim üslubu ilə diqqət çəkib.

Teleqraf xəbər verir ki, 55 yaşlı Melaniya tədbirə rahat və qeyri-ənənəvi üslubda - iri ölçülü zolaqlı pencək və geniş şalvardan ibarət kostyumla qatılıb.

O, obrazını sadə ağ köynək, kostyuma uyğun nazik kəmər və klassik hündürdaban ayaqqabılarla tamamlayıb.

Birinci xanım “Köhnə Hollivud” stilində makiyajı və saç düzümü ilə də diqqət çəkib.

Melaniya Tramp bir daha sübut edir ki, birinci xanım olmaq mühafizəkar və qaydalara bağlı geyim tərzi seçmək anlamına gəlmir.

Onun bu yanaşması onu Mişel Obama və Cil Bayden kimi seleflərindən fərqləndirir.

Stilist Liza Talbot Melaniyanın stilini belə xarakterizə edir: “Onun tərzi cəsarətlidir, barışmaz və hətta ziddiyyətlidir. Məhz bu keyfiyyətlər onu dünya miqyasında yaddaqalan və müzakirə olunan fiqura çevirib”.

Chosen
71
teleqraf.com

1Sources