EN

Rusiya Baş Qərargahı “xəritə” yaydı - Daha iki bölgəyə iddialıdırlar

BAKI, 6 sentyabr. TELEQRAF

“Müharibənin dayandırılması ilə bağlı real danışıqlar başlayana qədər ruslar cəbhədə hücum əməliyyatlarını davam etdirəcəklər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Yusovun fikrincə, Moskvanın danışıqlarda əsas məqsədi mümkün qədər çox əraziyə nəzarət etdiklərini nümayiş etdirməkdir: “Bunun üçün onlar yaşayış məntəqələrinin saxta tutulması kimi taktikalardan istifadə edirlər”.

Baş İdarənin nümayəndəsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Ukraynanın Odessa və Nikolayev vilayətlərinin “Rusiya ərazisi” kimi qeyd olunduğu “xəritə”sinə də münasibət bildirib. O qeyd edib ki, bu, nümayişkaranə jest və dezinformasiya kampaniyasıdır.

Chosen
39
2
teleqraf.com

3Sources