Xırdalanda iynədən sonra ölüm faktı qeydə alınıb
News24.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 4-ü saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, sentyabrın 5-i saat 01:00 radələrində həkim tərəfindən təyin olunmuş iynədən sonra o, koma vəziyyətinə düşüb və xəstəxanada vəfat edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Yaşar Araz