Rusiya prezidenti Vladimir Putin müasir jarqonlarla tanışdır, lakin bu, görüşlərdə səsləndirilən sözlər deyil.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.
"Prezidentin ailəsi, nəvələri var. Və təbii ki, müasir submədəniyyətin təzahürləri ondan yan keçə bilməz", - deyə Kreml sözçüsü bildirib.
Peskov onu da əlavə edib ki, dövlət başçısı gündəlik həyatda belə lüğətdən istifadə etmir.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə Vladivostokda gənclərin jarqonlarından “kring”, “trabli” və “çilovaya katka” kimi söz və ifadələrin öyrədildiyi bildirilib.