EN

Zəlzələdən sonra xilasedicilər yalnız kişilərə kömək edib - KİV

Əfqanıstanda zəlzələdən sonra xilasedicilər yalnız kişilərə kömək edib, buna görə də daha çox qadınlar dağıntılar altında qalıb.Metbvuat.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Nəşr yazır ki, yaralı qadınlar dağıntılar altında digər qadınların və ya kişi qohumların köməyini gözləyiblər, çünki Taliban tərəfindən tətbiq olunan yeni qaydalar ailə üzvü olmayan kişilər və qadınlar arasında fiziki təması qadağan edir.

Xatırladaq ki, 31 avqustda Əfqanıstanda baş verən zəlzələ 2200-dən çox insanın həyatına son qoyub, ən azı 3600 nəfər isə yaralanıb.

Chosen
46
6
metbuat.az

10Sources