EN

Peskov: “Onlar Rusiyaya geri qayıda bilməyəcək”

Ukrayna silahlı qüvvələrini maliyyələşdirən xarici şirkətlər Rusiya üçün düşmənə çevrilib və Rusiyaya geri qayıda bilməyəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

"Ukrayna ordusunu maliyyələşdirənlər - bu, artıq tamam başqa məsələdir. Belə şirkətlər artıq düşmənə çevrilib və onlara da düşmən kimi yanaşmaq lazımdır”, – Peskov vurğulayıb. 

Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarı verib. Onların bir qismi Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi göstərdiyini açıq şəkildə bəyan edib.(Axar.az)

"Cebheinfo.az" 

Chosen
2
19
cebheinfo.az

10Sources