BAKI, 6 sentyabr. TELEQRAF
Azərbaycanda dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının sentyabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.