EN

Ağ Evdə UFC turniri keçiriləcək

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqtonda Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turniri ilə bağlı yeni məlumatlar yayılıb. Döyüş arenasi Cənubi qazonda qurulacaq, idmançılar isə qarşılaşmadan əvvəl Ağ Evin içində hazırlıq keçəcəklər.

Milli.Az xəbər verir ki, çəki ölçmə mərasiminin Linkoln Memorialında baş tutacağı, Milli xiyabanda isə fanatlar üçün əyləncələr və atəşfəşanlıq təşkil olunacağı gözlənilir.

Con Cons və Konor Makqreqor turnirdə iştirakla maraqlandıqlarını bildiriblər. UFC prezidenti Dana Uayt bu tədbirin reallaşmasına sadiqdir.

Turnirin ABŞ-ın 250 illik yubileyi münasibətilə 2026-cı il iyulun 4-də keçirilməsi planlaşdırılır.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
74
1
news.milli.az

2Sources