EN

“Qazanmaq fantastik hissdir”

“Red Bull” pilotu Maks Verstappen İtaliya Qran-prisinin təsnifat mərhələsində qazandığı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Verstappen jurnalistlərə açıqlamasında bildirib. 

“Bu trasda aşağı aerodinamik yüklənmə ilə ideal dövrə toplamaq çətindir, əyləcdə səhv etmək asandır. Q3 yaxşı keçdi, göstərdiyim nəticədən məmnunam. Poulda olmaq isə sadəcə fantastikdir. Maşın bütün həftəsonu əla işləyirdi və poul uğrunda mübarizə aparmaq imkanı qazandığım üçün çox xoşbəxtəm.

Təsnifat öncəsi bir az çatışmazlıqlarımız var idi, amma son anda sazlanmaya dəyişiklik etdik. Bu isə mənə daha aqressiv hücum etməyə şərait yaratdı. Təsnifat üçün lazım olan da məhz budur. Bizim üçün əla gündür. Bu mövsüm bazar günləri bir qədər çətinlik yaşayırıq, amma əlimizdən gələni edəcəyik və nəticəyə baxacağıq”

Chosen
81
90deqiqe.az

1Sources