Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London, 6 sentyabr, AZƏRTAC
İngiltərənin Qərbi Yorkşir bölgəsində yerləşən keçmiş Viktoriya dövrünə aid kilsənin bir hissəsi küçəyə çöküb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə Klekhiton şəhərində, Bradford yolu üzərində qeydə alınıb. Hadisə yerinə polis və yanğınsöndürən briqadaları cəlb olunub. Polis nümayəndəsinin sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iri daş parçalarının küçəyə dağıldığı, binanın fasadının bir hissəsinin uçduğu görünür.
Hadisədən sonra Bradford yolu nəqliyyat üçün bağlanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.