EN

“Bəzən valideynlərim özləri yemirdilər ki, biz ac qalmarıq”

“İnter” klubunun kapitanı Lautaro Martines uşaqlıq illəri barədə açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, "L’Equipe" argentinalı futbolçunun dediklərini belə çatdırıb. 

“Mənim valideynlərim işsiz idi. Biz çətin maliyyə vəziyyətinə düşmüşdük və heç bir gəlirimiz yox idi. O dövrdə valideynlərim əsasən bizim üçün düşünürdü, ki, ac qalmayaq. Bəzən isə onlar ümumiyyətlə heç nə yemirdilər”

Martines valideynlərinə təşəkkürünü bildirib və onların sayəsində layiqli insan kimi böyüdüyünü vurğulayıb.

Cari mövsümdə 28 yaşlı hücumçu İtaliya Seria A-da iki oyuna çıxaraq bir qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda “İnter” turnir cədvəlində 3 xalla 6-cı pillədədir.

Chosen
66
90deqiqe.az

1Sources