EN

Türkiyədən Əfqanıstana dəstək: 150 çadır, 1050 ədyal

Türkiyə Əfqanıstanda zəlzələ qurbanlarını sığınacaq, qidalanma və gigiyena ləvazimatları ilə təmin edib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Heyəti (AFAD) məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanda avqustun 31-də baş verən 6 bal gücündə zəlzələdən sonra bölgəyə ilkin olaraq 150 çadır, 1050 ədyal, 250 gigiyena qutusu və 250 ərzaq bağlaması göndərilib.

Chosen
174
2
news24.az

3Sources