Masazırdan dairəyə daxil olan avtomobillər üçün üstünlüyü göstərən yol nişanı mövcud deyil. Lakin sürücülər dairəyə daxil olarkən üstünlük sanki onlara məxsusmuş kimi davranırlar.
Milli.Az xəbər verir ki, həmin istiqamətdə sürücülər sağ tərəfdən gələn nəqliyyat vasitələrinə yol verməlidirlər. Dairə nişanı yalnız Sumqayıtdan gələnlər üçün quraşdırılıb, bu isə əlavə çaşqınlıq yaradır.
Həmçinin, Bakı istiqamətindən axın edən sıx nəqliyyat bu yol qovşağında vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə Masazıra dönmək istəyən sürücülər üçün işıqforun əlavə hissəsində yaşıl işıq daim yansa da, yüksək yol yükü səbəbindən bu keçid çətinlik yaradır.
Bütün bunlarla yanaşı, É™razidÉ™ piyada tÉ™hlükÉ™sizliyi mÉ™sÉ™lÉ™si dÉ™ narahatlıq doÄŸurur. Burada nÉ™ piyada keçidi niÅŸanı mövcuddur, nÉ™ dÉ™ keçid xÉ™tlÉ™ri aydın ÅŸÉ™kildÉ™ çəkilib. Bu da piyadaların yolu keçərkÉ™n tÉ™hlükÉ™ ilÉ™ üz-üzÉ™ qalmasına sÉ™bÉ™b olur.Â
Asya
Milli.AzÂ