EN

"Barselona" onunla yeni müqavilə imzalamaq niyyətində deyil

"Barselona" hücumçusu Robert Levandovski ilə müqaviləni yeniləmək niyyətində deyil. 

"Unikal" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun özü də komandadan ayrılmaq istəyindədir.

Kataloniya təmsilçisi iqtisadi problemlər səbəbindən polşalı oyunçunun əvəzlənməsi üçün yeni transferlərə deyil, daxili resurslara üstünlük verəcəklər. 

Bildirilir ki, "Barselona" 25 yaşlı Ferran Torresin hücumçu mövqeyində daimi şəkildə oynaması variantını nəzərdən keçirir.

Chosen
10
50
unikal.az

10Sources