ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, C qrupunda yer alan Ruanda millisi səfərdə Nigeriya ilə üz-üzə gəlib.
“Zirə”dən Ruanda millisinə dəvət alan Anje Mutsinzi da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan müdafiəçi görüşü əvəzolunmadan keçirib.
Matç Mutsinzinin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu yenilgidən sonra 8 xalda qalan Ruanda millisi qrupda dördüncüdür. Xallarının sayını 10-a çatdıran Nigeriya isə üçüncü pilləyə yüksəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.