Bakı. Trend:
Yaponiya sahil mühafizəsi rabitə imkanlarını gücləndirmək üçüngəmilərində “Starlink” peyk internetindən istifadə etməyiplanlaşdırır.
Trend “Nikkei”yəistinadən xəbər verir ki, 2026-cı ilin martınadək 66 gəmi, növbətiil isə əlavə 16 gəmi “Starlink” avadanlığı ilə təchiz ediləcək.Sistem, xüsusilə Tokio ilə Pekin arasında mübahisəli Senkaku(Diaoydau) adaları yaxınlığında patrul missiyalarında tətbiqolunacaq.
Bundan başqa, dörd hidroqrafik tədqiqat gəmisi də “Starlink”bağlantısı ilə təmin ediləcək. Cari maliyyə ili üçün layihəyə 4,26milyard ien (təxminən 29 milyon dollar) ayrılıb. Bu vəsait“Starlink” terminallarının quraşdırılmasına, şifrələnmiş rabitəavadanlıqlarına və kiberhücumlara qarşı müdafiə texnologiyalarınasərf ediləcək.
Hazırda sahil mühafizəsi sabit peyk rabitəsindən istifadə edir,lakin “Starlink”in hava şəraitindən daha az asılı və kiberhücumlaraqarşı davamlı olduğu bildirilir.