EN

Ordumuzun silahlarının 60 faizi... Zelenski

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukrayna ordusunun istifadə etdiyi silahların təxminən 60%-i yerli istehsaldır və iki ay əvvəl qoyduğu hədəfi artıq keçib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

"Bu müharibə dövründə Ukrayna elə bir mərhələyə çatıb ki, əsgərlərimizin əlində olan silahların, yəni bizdəki silahların təxminən 60%-i Ukrayna istehsalıdır. Hətta bunlar çox inkişaf etmiş xüsusiyyətlərə malik güclü silahlardır", - Zelenski vurğulayıb.

Zelenski, həmçinin Danimarka ilə birgə silah istehsalı layihəsininin də olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
1
axar.az

2Sources