Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
"Football-plus.az" xəbər verir ki, C qrupunda yer alan Ruanda millisi səfərdə Nigeriya ilə üz-üzə gəlib.
“Zirə”dən Ruanda millisinə dəvət alan Anje Mutsinzi da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan müdafiəçi görüşü əvəzolunmadan keçirib. Matç Mutsinzinin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu məğlubiyyətdən sonra 8 xalda qalan Ruanda millisi qrupda dördüncüdü. Xallarının sayını 10-a çatdıran Nigeriya isə üçüncü pilləyə yüksəlib.