EN

Ulduz futbolçularından PSJ-yə bəd xəbər: Sıradan çıxdılar

PSJ futbolçuları Usman Dembele və Dezire Duenin zədələndiyini açıqlayıb.

Publika.az xəbər verir ki, hər iki futbolçu Fransa yığmasının Ukrayna üzərində 2:0 hesabı ilə qalib gəldiyi DÇ-2026-nın seçmə mərhələ oyununda zədə alıb.

Klubun rəsmi saytının məlumatına görə, Dembelenin sağ bud əzələsinin arxa hissəsində ciddi zədə aşkarlanıb. O, təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

Duenin isə sağ ayağının baldır əzələsində problem yaranıb və onun dörd həftə oynamayacağı gözlənilir.

Chosen
23
3
publika.az

4Sources