Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağır xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Arifə Səlimova hadisə yerində ölüb.
Hadisə zamanı habelə 1992-ci il təvəllüdlü Aygün Quliyeva isə xəsarət alıb. Yaralı A.Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.