EN

“Zirə”nin futbolçusu oynadı, komandası məğlub oldu

Ruanda millisinin heyətində çıxış edən, "Zirə" klubunun müdafiəçisi Anje Mutsinzi DÇ-2026-nın seçmə mərhələsində meydana çıxıb.

Bizim.Media xəbər verir ki, Ruanda yığması səfərdə Nigeriya ilə qarşılaşıb və oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mutsinzi bütün matç boyu meydanda olub.
 
Qeyd edək ki, hazırda Ruanda 8 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
75
4
bizim.media

5Sources