3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Kubokunun 1/4 final oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, yığmamızın növbəti rəqibi Polşadır. Görüş Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Milli komandamız daha öncə Fransa və Ukraynanı məğlub edib.
Qeyd edək ki, oyunları FIBA3x3 yutub kanalından canlı izləyə bilərsiniz.