EN

DÇ 2026 seçmə mərhələsinin oyununda kuryoz hadisə: Oyun yeddi dəqiqə dayandırıldı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Avstriya - Kipr oyunu zamanı meydançada çuxur yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə Sports.ru məlumat yayıb.

Məlumata görə, ot örtüyündə təxminən 20 sm dərinliyində çuxur əmələ gəldiyi üçün matç müvəqqəti dayandırılıb.

Fasilə təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində stadion işçiləri çuxuru torpaqla örtərək oyunun davam etməsini təmin ediblər.

Qarşılaşma Avstriyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
oxu.az

1Sources