EN

Trampdan Venesuelaya xəbərdarlıq - hərbi təyyarələri ABŞ gəmiləri üçün təhlükə yaratsa, vuracağıq... - hərbi təyyarələri ABŞ gəmiləri üçün təhlükə yaratsa, vuracağıq...


ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Venesuelanın hərbi təyyarələri ABŞ gəmiləri üçün təhlükə yaradarsa, onlar vurulacaq.

Tramp bu bəyanatı, Venesuela hərbi aviasiyası Cənubi Amerikanın sahilləri yaxınlığında yerləşən Amerika gəmisinə yaxınlaşdıqdan sonra verib.

Bundan əvvəl ABŞ, cinayətkar dəstələrin nəzarətində olan və Venesueladan üzən narkotiklə yüklü gəmiyə hücum etdiyini bildirib. Nəticədə 11 nəfər həlak olub.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı ittihamlarının həqiqətə uyğun olmadığını və iki ölkə arasındakı fikir ayrılığının “hərbi münaqişəyə” haqq qazandırmayacağını bildirib.

2025-ci ilin yanvar ayında Tramp Ağ Evə qayıtdıqdan sonra Latın Amerikasında narkotiklərlə mübarizə səylərini gücləndirib.

Venesuela prezidenti ABŞ-ı hərbi təhdidlərlə ölkədəki rejimi dəyişməyə cəhd etməkdə ittiham edib.

Məlumat üçün bildirək ki, narkotik axınının qarşısını almaq məqsədilə ABŞ ordusu Karib dənizinin cənubuna əlavə qüvvələr yerləşdirib, bunlara hərbi gəmilər və minlərlə dəniz piyadası və dənizçi daxildir. Ağ Evdə həmçinin Puerto-Rikoya on “F-35” tipli döyüş təyyarəsinin göndəriləcəyini bildiriblər.

TAHİR

Chosen
11
baki-xeber.com

1Sources