EN

Antalyanın polis rəisi HƏBS EDİLDİ

Antalyanın polis rəisi İlker Arslan həbs olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi tərəfindən vəzifədən kənarlaşdırılan Arslan barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ötən gecə könüllü şəkildə təhlükəsizlik orqanlarına təslim olub.

Onun vəzifəsini müvəqqəti olaraq müavini Murat Baz icra edəcək.

Qeyd edək ki, İlker Arslanın adı iyul ayında saxlanılan Antalya bələdiyyə sədri Mühittin Böceklə bağlı aparılan rüşvət istintaqında hallanıb. CHP üzvü olan Böcek bir sıra qanunsuzluqlarda, o cümlədən rüşvətxorluqda ittiham edilərək həbs edilmişdi.

Chosen
41
21
far.az

10Sources