EN

Piyada ölümü ilə nəticələnən qəza baş veribVİDEO

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Saray-Novxanı yolunda baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, piyada yolun ortasında vurulub. 

İlkin məlumata əsasən, Elşad Həsənovun idarə etdiyi minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sürücü Elşad Həsənov açıqlamasında bildirib ki, qaranlıq səbəbindən piyadanı görməyib. Ona görə də hadisə baş verib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
79
xezerxeber.az

1Sources