EN

Cəlilabadda 3 məktəb üçün yeni bina tikiləcək

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Cəlilabad rayonunda 3 məktəb üçün yeni bina inşa olunacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Cəlilabad şəhəri 8 saylı, Günəşli və Uzuntəpə kəndlərində yerləşən məktəblərdir.

Hazırda yeni məktəb tikintilərinin sənədləşmə işləri aparılır.

Qeyd edək ki, rayonda hazırda Göytəpə şəhərində 624 şagird yerlik, Kövüzbulaq və Musalı kəndlərində 180 şagird yerlik tam orta məktəb binalarının tikintisi tamamlanmaq üzrədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
5
azpolitika.info

7Sources