EN

“Reşfordun cəhdlərini görürəm və ona etimad göstəririk”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel hücumçu Markus Reşford barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "Goal" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb. 

“Onun göstəriciləri və İngiltərə millisi formasındakı çıxışı ilə bağlı problemləri var, bunu qəbul edirəm. Amma o, məşqlərdə əvvəlki kimi çalışır, aktivdir və düzgün davranır. Biz həmişə ona etimad göstərəcəyik, dəstək olacağıq və təşviq edəcəyik. Mən görürəm ki, o çalışır. Mənim üçün ən vacib olan onun pozitiv əhval-ruhiyyəsini qoruması və məşqləri keyfiyyətli və sevinc hissi ilə keçirməsidir.”

Qeyd edək ki, dünən İngiltərə millisi Andorra üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Reşford ikinci hissənin ortalarında əvəzlənib.

Chosen
41
90deqiqe.az

1Sources