DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunun bu gün keçiriləcək Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq.
QOL.az xəbər verir ki, görüş “CBC Sport” kanalı ilə birbaşa nümayiş etdiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Türkiyə kanallarından isə görüşü TV 8 yayımlayacaq.
Qeyd edək ki, bir turdan sonra ehtiyatında 3 xalı olan Türkiyə və İspaniya yarışdıqları E qrupunda şərikli liderdirlər.