Sumqayıtda qoca kişi dənizdə boğulub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsi sahillərində qeydə alınıb.
Belə ki, 72 yaşlı Museyib Zakarayev dənizdə çimərkən batıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.