Son doqquz ayda Türkiyədən Suriyaya təxminən 475 min qaçqın geri dönüb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, 2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən sonra ümumilikdə 474 min 18 nəfər könüllü şəkildə vətəninə qayıdıb.
Nazirin sözlərinə görə, 2016-cı ildən bu yana Türkiyədən Suriyaya geri dönənlərin sayı 1 milyon 213 min 620 nəfərə çatıb. Yerlikaya həmçinin hökumətin qaçqınların könüllü və ləyaqətli şəkildə geri qayıdışına dəstəyini davam etdirəcəyini vurğulayıb.