EN

DƏHƏTLİ FACİƏ: Qardaş ilk konsertlərindən əvvəl yol qəzasında həlak oldular

Braziliyada gənc musiqiçiləri ilk konsertlərindən əvvəl pikap maşını vuraraq öldürüb.

Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Məlumata görə, pikap motosikleti vurub. Motosikletdə 17 yaşlı Samuel de Almeida, onun 14 yaşlı qardaşı Mateus Santos və ataları Jozenilson Santana olub.

Qardaşlar hadisə yerində həyatlarını itiriblər, ataları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza törədən şəxs hadisə yerindən qaçıb, lakin qəzəblənmiş yerli sakinlər onu taparaq maşınını yandırıblar.

Chosen
73
publika.az

1Sources