EN

Takehiro Tomiyasu karyerasını La Liqada davam etdirə bilər

“Arsenal” ilə müqaviləsi yenilənməyən müdafiəçi Takehiro Tomiyasu karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçunun xidmətində “Real Oviedo” və “Real Sosyedad” maraqlıdır.

Hər iki klub yaponiyalının agenti ilə artıq danışıqlara başlayıb. Futbolçunun özünü İspaniyada oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm yapon futbolçu dizindən aldığı zədəyə görə yalnız bir oyunda meydana çıxa bilib. Onun oktyabrın əvvəlində yaşıl meydanlara dönəcəyi gözlənilir. Tomiyasunun bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

Chosen
112
90deqiqe.az

1Sources