EN

DÇ-2026 seçmə mərhələsi: Niderland sürprizə imkan vermədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ikinci tur oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, II turun ilk oyun günündə səkkiz qarşılaşma keçirilir. Onlardan bəziləri artıq başa çatıb.
Niderland səfərdə Litva ilə qüvvəsini sınayıb. Qarşılıqlı qollarla yadda qalan oyunda sevinən tərəf narıncılar olublar. Meydan sahibləri buraxılan üç qoldan yalnız ikisinin əvəzini çıxmağı bacarıb - 2:3.
Şimali Makedoniya ev matçında Lixtenşteynlə üz-üzə gəlib. Gözlənildiyi kimi görüş Balkan təmsilçisinin mütləq qələbəsi ilə yekunlaşıb - 5:0.
Gürcüstan millisi doğma azarkeşləri önündə Boqlarıstanı böyük hesabla məğlub edib. Meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçiriblər - 3:0.
Chosen
35
oxu.az

1Sources