EN

“Almaniya çempionu sadəcə "Bavariya" olacaq”

Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kiliian Mbappe Almaniya Bundesliqasında mövsümün çempionunu artıq müəyyən edib.

90deqiqe.Az-ın məlumatına görə, "Bild" futbolçunun dediklərini belə çatdırıb. 

“Hər şey sadədir – "Bavariya". Bundesliqadırsa, deməli "Bavariya"dır. Çempion da onlar olacaq”

Qeyd edək ki, Vinsent Kompani rəhbərlik etdiyi kollektiv ötən mövsüm titul qazanıb. Hazırki mövsümdə Münhen təmsilçisi iki oyundan iki qələbə ilə start götürüb. Həmçinin Mbappe etiraf edib ki, əvvəllər “Bavariya” onun transferinə maraq göstərib.

Chosen
96
90deqiqe.az

1Sources