“Rossiya Seqodnya” beynəlxalq media qrupuna və RT telekanalına rəhbərlik edən Marqarita Simonyan düçar olduğu ağır xəstəlik və qarşıdan gələn əməliyyatla bağlı danışıb.
Publika.az xəbər verir ki, o, təfərrüatları “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” proqramında paylaşıb.
Jurnalist efirdə iştirak etməzdən əvvəl uzun müddət düşündüyünü etiraf edib.
"Mənə ciddi, qorxulu xəstəlik diaqnozu qoyuldu. Sabah mən elə burada, məhz bu sərəncam əsasında əməliyyat olunacağam (Patriarx tərəfindən təltif olunmuş 3-cü dərəcəli knyaginya Olqa ordeni. Qərara gəldim ki, bu gün efirə çıxmalı və həqiqəti paylaşmalıyam", Simonyan deyib.