Məlumata görə, planlaşdırılmış əməliyyat çərçivəsində xüsusi təyinatlılar və rusiyalı partizanlar zavodun əsas obyektini – “ELOU-AT-6” adlı emal qurğusunu tamamilə məhv ediblər. Bu obyekt zavodun fəaliyyətini təmin edən əsas qurğu olub.
Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın XƏQ-nin “Telegram” kanalında məlumat paylaşılıb. “Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri RusiyaFederasiyasının Krasnodar diyarında fəaliyyət göstərən müqavimət mərkəzi “Qara İskra” ilə birgə “İlski” Neft Emalı Zavodunda xüsusi əməliyyat həyata keçirib”, – deyə məlumatda qeyd olunub.