EN

Türkiyə İspaniyaya darmadağınla məğlub oldu

Türkiyə A Milli Futbol Komandası 2026-cı il FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsinin E qrupu çərçivəsində keçirdiyi ikinci matçda İspaniyanı qəbul edib. Metbuat.az xəbər verir ki, "Medaş Konya Böyükşəhər" stadionunda oynanılan qarşılaşmanı qonaq komanda İspaniya 6-0 hesabı ilə qazanıb.Matçın 6-cı dəqiqəsində İspaniya Pedrinin qolu ilə hesabda önə keçib. 22 və 45+1-ci dəqiqələrdə Mikel Merinonun vurduğu qollarla fərq üçə çatıb və ilk hissə İspaniyanın 3-0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissənin 53-cü dəqiqəsində Ferran Torres hesabı 4-0 edib. 58-ci dəqiqədə Mikel Merino het-trik edərək fərqi beşə çatdırıb. 62-ci dəqiqədə Pedri bir daha fərqlənərək matçın hesabını təyin edib.Bu nəticə ilə Türkiyə millisi 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində ilk xal itkisini yaşayaraq 3 xalda qalıb. İspaniya isə ardıcıl ikinci qələbəsini qazanaraq xalını 6-ya yüksəldib.

Qeyd edək ki, Türkiyə 3-cü matçında Bolqarıstanla səfərdə qarşılaşacaq. İspaniya isə Gürcüstanı qəbul edəcək.

Chosen
7
2
metbuat.az

3Sources