EN

PSJ-nin müdafiəçisi: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"

"Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda qalib gəlməlidir".

bu barədə yığmanın üzvü İlya Zabarnı Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib.

PSJ klubunda çıxış edən müdafiəçi I turda Fransaya iki cavabsız qolla uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Müsbət nəticə əldə etməyimizi istərdim. Amma bu, futboldur. Qalib gəlməli olduğumuz növbəti matça köklənəcəyik".

Ukrayna seçmə mərhələdə növbəti görüşünü Azərbaycan millisinə qarşı keçirəcək.

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Chosen
107
sportinfo.az

1Sources