EN

Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verdi

BAKI, 8 sentyabr. TELEQRAF

Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının məlumatında deyilir.

Seysmoloji məlumatlara görə, yeraltı təkanların ocağı yerin 69,2 km dərinliyində yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 271 km məsafədə baş verib. Yeraltı təkanların hiss edilməsi barədə məlumat daxil olmayıb.

Chosen
243
1
teleqraf.com

2Sources