Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin əldə edilməsi və orada saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu elan edib.
News24.az xəbər verir ki, bu bəyanat hərəkatın “Telegram” kanalında dərc edilib.
"HƏMAS dərhal danışıqlar masasına oturmağa və müharibənin sona çatdırılması, İsrail qüvvələrinin Qəzzadan çıxarılması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin qurulması müqabilində bütün girovların azad edilməsini müzakirə etməyə hazırdır", - bəyanatda deyilir.
Hərəkat həmçinin rəsmi Vaşinqtonun vasitəçilər vasitəsilə Qəzzada atəşkəs sazişi ilə bağlı öz baxışını ifadə etdiyini və HƏMAS-ın anklavda təcavüzün dayandırılmasına yönəlmiş istənilən təşəbbüsünü alqışladığını vurğulayıb.