BAKI, 8 sentyabr. TELEQRAF
Qırmızı dənizdə sualtı kabelin zədələnməsi Hindistan, Pakistan və BƏƏ-də internetin işində kütləvi pozuntulara səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “Netblocks” internet-monitorinq qrupu məlumat yayıb.
Problemlərin Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığında SMW4 və IMEWE kabel sistemlərindəki nasazlıqlarla bağlı olduğu güman edilir. BƏƏ-də "Etilasat" və "Du" şəbəkələrində də sürətin azalması və internetə girişlə bağlı çətinliklər qeydə alınıb.
Hazırda yaranmış problemlərin həlli üzərində iş aparılır.