EN

Tramp: İsibanın Yaponiyanın Baş naziri postundan getmək qərarına təəccübləndim

BAKI, 8 sentyabr. TELEQRAF

Yaponiyanın Baş naziri Şigeru İsibanın istefa vermək qərarına təəccübləndim.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən təəccüblənmişəm, çünki onu tanıyıram. O mənə xoş gəlirdi, indi isə istefa verir. Mən onu çox xoş insan hesab edirəm", - ABŞ lideri söyləyib.

Xatırladaq ki, daha əvvəl İsiba hakim Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb. Bununla o, hökumət başçısı vəzifəsini də tərk edəcək. İsiba bildirib ki, ABŞ ilə gömrük rüsumları üzrə danışıqlar başa çatdığından, onun da vəzifədən getmək vaxtı gəlib çatıb.

Chosen
60
teleqraf.com

1Sources